İnsan alverinin qurbanı olan uşaqların müdafiəsi təkmilləşdiriləcək

İnsan alverinin qurbanı olan uşaqların müdafiəsi təkmilləşdiriləcək
# 22 iyul 2020 18:42 (UTC +04:00)

İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqlara göstərilən yardım və onların müdafiəsi təkmilləşdiriləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, 2020-2021-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları Uşaq nikahlarının qarşısının alınması tədbirlərini gücləndirilməsini, 2020-2024-cü illər ərzində Səhiyyə Nazirliyi,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında uşaq nikahlarının aşkarlanmasını təmin edəcək.

Tədbirlər Planına əsasən, 2020-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,Təhsil Nazirliyi,digər aidiyyəti dövlət orqanları ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməkləklə tetkinlik yaşına çatmayanlarla, xüsusən sağlamlıq imkanları məhdud uşaqlarla sosial iş institutunun mütərəqqi beynəlxalq təcrübə əsasında formalaşdırılması, bu işin xüsusiyyətləri nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsini, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə mütəmadi olaraq insan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılmasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları mütəmadi olaraq övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqin aparılmasını təmin etməlidir.

Tədbirlər Planına əsasən, 2020-2021-ci illərdə Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi hüquq-mühafizə orqanlarının və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən digər dövlət qurumlarının əməkdaşları tərəfindən insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan uşaqlarla ünsiyyətin ümumi standartlarının, həmçinin müvafiq işlərin və zərər çəkmiş uşaqların aidiyyəti üzrə təqdim edilməsi prosedurlarının hazırlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR