İşğaldan azad edilmiş rayonlarda potensial əkin sahələri xəritələşdirilib

İşğaldan azad edilmiş rayonlarda potensial əkin sahələri xəritələşdirilib
# 11 mart 2021 12:02 (UTC +04:00)

Sahəvi Tədbirlər Planına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə hərbi əməliyyatlar nəticəsində torpaqlarda baş vermiş deqradasiyanın peyk təsvirləri əsasında ilkin qiymətləndirilməsi və xəritələşdirilməsi işləri aparılır.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında bildirilib.

İclasda qeyd edilib ki, deqradasiya olunmuş torpaqların bərpası üçün qrupun aidiyyəti elmi institutları tərəfindən qiymətləndirmə işləri aparılır. İşğaldan azad edilmiş rayonlarda kənd təsərrüfatı fəaliyyətinin bərpası və təşkili məqsədilə peyk təsvirləri əsasında potensial əkin sahələri müəyyən olunub və xəritələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR