İşğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsinə başlanılıb

İşğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsinə başlanılıb
# 06 aprel 2021 17:03 (UTC +04:00)

“İşğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlərə başlamışıq”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsindəki “Ekspert saatı”nda Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, bu region çox böyük ehtiyatlara malikdir: “1993-cü ilə qədər bu regionda 167 yataq kəşf edilərək ehtiyatar hesablanıb. Burada 126 qeyri-filiz tikinti materialları və inşaat materialları yatağı, 15 filiz yatağı və 26 yeraltı şirin içməli və termal su yatağı mövcud olub”.

Ə.Əliyev qeyd edib ki, bu yataqlarda çox böyük ehtiyatlar hesablanıb və yaxın zamanda müvəffəqiyyətlə istismara cəlb ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR