İşğaldan azad edilən ərazilərdə yeraltı hərbi kommunikasiyalar geofiziki üsullarla aşkar ediləcək

İşğaldan azad edilən ərazilərdə yeraltı hərbi kommunikasiyalar geofiziki  üsullarla aşkar ediləcək
# 07 yanvar 2021 15:34 (UTC +04:00)

Geologiya və Geofizika İnstitutunda (GGİ) işğaldan azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətini təftiş etmək, təbii ehtiyatlarını qiymətləndirmək, müasir texnologiyadan istifadə etmək məqsədilə 3 elmi-tədqiqat işinin proqramı təsdiq edilib.

APA-nın məlumatına görə, bu barədə Geologiya və Geofizika İnstitutunun illik hesabatında yer alıb.

Qeyd edək ki, bunlar “Müdafiə sənayesində istifadə məqsədilə Kiçik Qafqazın şimal-şərq yamacı və Talış zonasının geoloji komplekslərinin müxtəlif strateji xammala (nadir və nadir torpaq elementləri, titan-maqnetit qumdaşıları, radioaktiv və nəcib metallar) perspektivliyinin elmi qiymətləndirilməsi”, “Dağlıq Qarabağın azad edilmiş ərazilərində müasir texnologiyadan istifadə etməklə radioaktiv çirklənmə zonalarının müəyyənləşdirilməsi və tədqiqi”, “Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkar edilməsi və geoloji təhlükələrin qiymətləndirilməsi” elmi-tədqiqat işlərinin proqramlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR