İşğaldan azad olunmuş ərazilərdə məşğulluqla bağlı tədbirlər planı təsdiq olunub

İşğaldan azad olunmuş ərazilərdə məşğulluqla bağlı tədbirlər planı təsdiq olunub
# 05 mart 2021 11:49 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərdə məşğulluqla bağlı Dövlət Məşğulluq Agentliyinin tərkibində işçi qrup yaratmışıq. Eyni zamanda işçi qrup çərçivəsində tədbirlər planı təsdiq olunub”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn “Sosial saat” verilişində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib.

Onun sözlərinə görə, tədbirlər planı çərçivəsində işğaldan azad olunmuş, eyni zamanda sərhədyanı ərazilərlə bağlı, həmçinin düşmən terrorundan əziyyət çəkən Gəncə, Bərdə və Tərtər şəhərləri üzrə xüsusi layihələr həyata keçiriləcək: “Tədbirlər planı çərçivəsində özünəməşğulluq tədbiri, ictimai işlərin təşkili, eyni zamanda kvota üzrə iş yerlərinin yaradılması və digər aktiv məşğulluq tədbirlərinin böyük hissəsinin məhz bu regionlara yönləndirilməsi nəzərdə tutulub. Həmin ərazilərdə bütün təmizlənmə və hazırlıq işləri görüləndən sonra biz bu tədbirlərə başlaya biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR