İstehlak üçün yararsız 4,5 ton qaymaq aşkarlanıb

İstehlak üçün yararsız 4,5 ton qaymaq aşkarlanıb
  • Clock-gray 17:18
  • calendar-gray 12 Yanvar 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan APA-ya verilən məlumata görə, xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsulları mütəmadi qaydada Agentlik tərəfindən risk əsaslı ekspertizaya cəlb edilir.

Nəzarət tədbirləri çərçivəsində “İtalika Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İtaliya Respublikasından ölkəmizə idxal olunan “Hopla” əmtəə nişanlı qaymaq məhsulundan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib. Aparılan müayinələr nəticəsində qaymaq məhsulunda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub. 

Bununla bağlı olaraq istifadəyə yararsız “Hopla” əmtəə nişanlı 0.5 litrlik qablaşdırmada, ümumi çəkisi 4572 kq olan məhsul partiyası “Təhlükəli Tullantılar” poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Günay Elşadqızı

Digər xəbərlər