Jurnalistikaya qabiliyyət imtahanında 1000 nəfərə yaxın şəxs iştirak edəcək

Jurnalistikaya qabiliyyət imtahanında 1000 nəfərə yaxın şəxs iştirak edəcək
# 11 sentyabr 2020 13:09 (UTC +04:00)

"İxtisas seçiminin nəticələri qabiliyyət imtahanının nəticələri daxil olduqdan sonra bilinəcək, qabiliyyət imtahanları sentyabrın 17-də başa çatacaq".

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, jurnalistikaya qabiliyyət imtahanında da bu gündən təxminən 1000 nəfərə yaxın şəxs iştirak edəcək, onların yazı işləri də yoxlanmalıdır: "Yazı işlərini yoxlayanlar təkcə ekspertlər deyil, yarısı jurnalistlərdir. Onlar çox zaman bu işlərə biganə yanaşır ki, vaxtım yoxdur. Bir tərəfdən ekspert, bir tərəfdən də peşəkar jurnalistlər yoxlayır, biz də onlardan asılı qalırıq. Yoxlama tam intellektual səviyyədədir, yəni, həmin şəxs bilmir ki, ona kimin yazı işi təqdim olunub. Orda bir bənd var ki, yazı işində abituriyent özü haqda məlumat verə bilməz, verərsə, həmin şəxsin nəticəsi ləğv olunur. Bir qız keçən il yazı işində yazmışdı ki, mən əməkdar artist filankəsin qızıyam, jurnalistlər ona əla yazsa da, biz onun nəticəsini ləğv etdik. Ümumilikdə bu yazıların yoxlanmasının 3-4 gün çəkəcəyini gözləyirik, eyni zamanda qabiliyyət imtahanlarının nəticələri və Moskva Dövlət Universitetinin nəticələri bilindikdən sonra ixtisas seçiminin nəticələri bilinəcək. Sentyabrın 20-də ixtisas seçimi başa çatır, yəqin ki, təxminən 3 gün sonra yerləşdirmənin nəticələrini açıqlaya biləcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR