Komitə sədri: "Şəhid ailələri və Qarabağ əlillərinin mənzil və avtomobillərlə təminatına diqqət daha da artıb"

Komitə sədri: "Şəhid ailələri və Qarabağ əlillərinin mənzil və avtomobillərlə təminatına diqqət daha da artıb"
# 25 dekabr 2020 15:34 (UTC +04:00)

“İndiyə qədər də Azərbaycanda şəhid ailələri, Qarabağ əlillərinin mənzil və avtomobillərlə təminatı həyata keçirilirdi. İkinci Qarabağ müharibəsindən sonra bu məsələyə diqqət daha da artıb”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, Birinci Qarabağ Müharibəsi iştirakçıları da yaddan çıxmamalıdır: “O insanlar döyüşən zaman nə silah, nə Ali Baş Komandan var idi. O insanlar taborlarla döyüşmüşdülər, onların arasında şəhid və əlil olanlar var. Gələcəkdə onların da müavinət və pensiyalarının artırılmasına diqqət yetirilməlidir ki, ayrı-seçkilik olmasın”.

Millət vəkili Azər Badamov qeyd edib ki, hər il pensiya və müavinətlər artırılır və bu da sosial siyasətin uğurlu olmasının göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR