Koronavirusa yoluxmanın artması ilə əlaqədar xəstəxanalarda yer çatışmazlığı yaşana bilər

Koronavirusa yoluxmanın artması ilə əlaqədar xəstəxanalarda yer çatışmazlığı yaşana bilər
# 19 noyabr 2020 14:24 (UTC +04:00)

“Dünən 2239 nəfər koronavirusa yoluxub, 1217 nəfər sağalıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri

Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, yoluxan və sağalan xəstələr arasında fərq nəticəsində gələcəkdə xəstəxanalarda yer çatışmazlığı yaşana bilər: “Bu gün artıq biz 13 min test apara bilirik, əvvəllər bu rəqəm 5 min ətrafında idi”.

TƏBİB-in departament müdiri qeyd edib ki, yoluxmanın artması nəticəsində gündəlik ölənlərin sayı da 25 nəfərə çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR