Koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilməsi təklif olunur

Koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilməsi təklif olunur
# 30 mart 2020 11:35 (UTC +04:00)

“Bu gün bir çox ölkədə tibb işçiləri xəstəliyə yoluxaraq dünyasını dəyişir”.

APA-nın məlumatına görə, MM-in Əmək və sosial siyasət komitəsi sədr müavini Məlahət İbrahimqızı "Tibbi sığorta haqqında" qanunun müzakirəsi zamanı deyib.

M. İbrahimqızı təklif edib ki, koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilsin: “Türkiyədə bu sahədə çalışan həkimlərə qazi, rəhmətə gedənlərə isə şəhid statusu verilir. Mən də bizim həkimlərə xüsusi status verilməsini təklif edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR