Kür sutəmizləyici qurğular kompleksinin magistral xəttində qəza baş verib

Kür sutəmizləyici qurğular kompleksinin magistral xəttində qəza baş verib
# 01 iyul 2020 11:47 (UTC +04:00)

Magistral xətdə baş verən qəza səbəbindən bir neçə rayona suyun verilməsində fasilə yaranıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, gecə saatlarında Sabirabad magistral xəttində baş verən qəza nəticəsində Şirvan-Muğan qrup su kəmərinə suyun verilişi dayanıb.

Qəza səbəbindən Şirvan şəhəri, Salyan, Biləsuvar, Sabirabad və Saatlı rayonlarına suyun verilməsində fasilə yaranıb. Hazırda qəzanın aradan qaldırılması başa çatmaq üzrədir. Yaxın saatlarda suyun verilməsi bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR