MM-də Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib

MM-də Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib
# 09 fevral 2021 13:28 (UTC +04:00)

Fevralın 9-da Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı Yusif Əhmədov və bir qrup idmançı ilə növbəti görüş keçirilib.

Milli Məclisin mətbuat və ictiamiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 2020-ci ilin tariximizin yaddaşına qızıl hərflərlə düşməsi, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi Şanlı ordumuzun döyüş meydanında misli görünməmiş qələbəsi, nəticədə uzun illərdir davam edən nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb.

Adil Əliyev döyüş və diplomatiya meydanında qazanılmış Zəfərimizin idman yarışlarında da uğurla davam etdirilməsinin zəruriliyini bir daha diqqətə çatdırıb, idmanın ölkəmizdə daim diqqət mərkəzində olmasını, ölkəmizin dünyada idmana ən çox önəm verən ölkələrdən olduğunu bir daha qeyd edib. Vitse-spiker ölkəmizin beynəlxalq olimpiadaların təşkilatçısı kimi nüfuzunu nəzərə alaraq idmançılarımızın da yarışlara daha əzmlə hazırlanmasının zəruriliyini bildirib.

Görüşün sonunda Vətən müharibəsi qazisi Yusif Əhmədova və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR