Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Magistraturaya sənəd qəbulu bu gün başa çatır
# 18 fevral 2021 09:08 (UTC +04:00)

Magistraturaya sənəd qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.

İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR