Masallıda qızına nişan mərasimi keçirmək istəyən ata polisə aparılıb - YENİLƏNİB

Masallıda qızına nişan mərasimi keçirmək istəyən ata polisə aparılıb - YENİLƏNİB
# 31 mart 2021 17:24 (UTC +04:00)

Masallıda 16 yaşlı qızla 31 yaşlı oğlanın nişan mərasiminin keçirilməsinin qarşısı alınıb.

APA-nın xəbərinə görə, qızın valideynləri bu gün axşam nişan mərasimi keçirmək üçün hazırlıqlar görüb.

Bu barədə məlumat alan polis əməkdaşları qızın atasını Masallı Rayon Polis Şöbəsinə çağırıb.

Ataya karantin qaydasının pozulmasına görə xəbərdarlıq edilib, profilaktik söhbət aparılıb.

Faktı Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupunun mətbuat xidmətinin rəhbəri Məhəmməd Rzayev APA-ya təsdiq edib.

***

17.00

Masallı rayonunda 16 yaşlı qızla 31 yaşlı oğlana nişan mərasimi keçirmək istəyiblər.

APA-nın xəbərinə görə, bu gün rayonun Sığınacaq kəndində nişan üçün hazırlıq görülüb.

Hadisədən xəbər tutan polis əməkdaşları qızın və oğlanın valideynlərini polis şöbəsinə aparıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR