Meşələrə qanunsuz müdaxilə 5 dəfəyə qədər azalıb

Meşələrə qanunsuz müdaxilə 5 dəfəyə qədər azalıb
# 16 mart 2021 16:32 (UTC +04:00)

“2017-2020-ci illərdə meşə qanunvericiliyinin pozulması halları 5 dəfəyə yaxın azalıb".

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

O bildirib ki, 2017-ci ildə özbaşına qırıntıların həcmi 55 min, 2018-ci ildə 26 min kub metrdən artıq, 2019-cu ildə 18 min 733 kub metr, 2020-ci ildə isə 11 min kub metr təşkil edib: “Bu müddətdə meşələrə qanunsuz müdaxilə 5 dəfəyə qədər azalıb. Buna isə yaxşı nəticə demək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR