Məişət zorakılığından zərər çəkənlər üçün yardım mərkəzlərinin təşkili proseduru müəyyənləşib

Məişət zorakılığından zərər çəkənlər üçün yardım mərkəzlərinin təşkili proseduru müəyyənləşib
# 27 noyabr 2020 18:31 (UTC +04:00)

Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin təşkili proseduru müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb.

Fəaliyyət Planına əsasən, 2020-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi yolu ilə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin təşkilini təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR