Məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq

Məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq
# 27 noyabr 2020 16:19 (UTC +04:00)

2021-2023-cü illərdə uşaqların məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Təhsil Nazirliyinə tapşırıq verilib.

Həmçinin 2021-2023-cü illərdə məktəbəqədər yaş dövründə intellektual inkişaf üçün şərait yaradılması, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların inkişafı sahəsində tələblər hazırlanacaq.

Fəaliyyət Planına əsasən, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR