Müəllimlərin sertifikasiyası ilə bağlı dəqiq vaxt müəyyən olunmayıb

Müəllimlərin sertifikasiyası ilə bağlı dəqiq vaxt müəyyən olunmayıb
# 22 yanvar 2021 13:24 (UTC +04:00)

“Müəllimlərin sertifikasiyası ilə bağlı dəqiq vaxt müəyyən olunmayıb, amma bu, ilin prioritetləri arasındadır. Nə vaxt işçi qrupumuz müəllimlərin sayı, prosesin necə başlanılmalı olduğunu müəyyən etsə, o zaman sertifikasiyanı aparmaq mümkün olar”.

APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, bununla bağlı işlərin düzgün aparılmasının tərəfdarıdır: “Hələlik sertifikasiyanın bu ilin birinci yarım ilində olmayacağını deyə bilərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR