NK-nın sektor müdiri: "Koronavirusa yoluxmanın azalması arxayınlıq yaratmamalıdır"

NK-nın sektor müdiri: "Koronavirusa yoluxmanın azalması arxayınlıq yaratmamalıdır"
# 15 fevral 2021 12:36 (UTC +04:00)

"Özümü yaxşı hiss edirəm. Vaksinasiya yüksək səviyyədə təşkil olunub". APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov deyib.

O bildirib ki, son günlərdə koronavirus yoluxma sayı aşağı düşüb: "Amma bu, arxayınlıq yaratmamalıdır. Hər kəs vaksinasiyadan keçməlidir ki, gələcəkdə problem yaratmasın".

Sektor müdiri TƏBİB və Səhiyyə Nazirliyinin göstərişlərinə uyğun olaraq peyvənd olunmağı tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR