Nazir 35 yaşadək olan gənc müəllimlərin sayını açıqlayıb

Nazir 35 yaşadək olan gənc müəllimlərin sayını açıqlayıb
# 02 fevral 2021 16:46 (UTC +04:00)

"Bu gün 2 Fevral –Gənclər Günü ilə bağlı gənc müəllimlərlə görüşdüm. Təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır".

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində bildirib.

O qeyd edib ki, ölkənin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir:

"Gənc müəllimlərimizin simasında bütün gəncləri 2 Fevral - Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR