Nazir: "Bakıda məktəblərdə davamiyyət 64-65%-ə düşmüşdü"

Nazir: "Bakıda məktəblərdə davamiyyət 64-65%-ə düşmüşdü"
  • Clock-gray 16:19
  • calendar-gray 03 Aprel 2021

“Bəzən mediada belə fikirlər səslənir ki, məktəblərin distant təhsilə keçməsi ictimai sorğu əsasında olub. Bunun da müəyyən rolu var, amma 3-5 günə tam texniki tələblərə cavab verən sorğu keçirmək imkanımız yoxdur”. 

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib. 

Onun sözlərinə görə, sorğuda 50 min adam rəy verib: “75 faiz adam təxminən məktəblərin bu və ya digər formada bağlanmasının tərəfdarı idi. Digər bir səbəb də məktəblərdə davamiyyətlə bağlıdır. 29 martda Bakıda 80% uşaq məktəbə gəlirdisə, sonrakı 2-3 gün ərzində bu rəqəmin 64-65%-ə düşməsini gördük. Onsuz da gün ərzində də 10-12 məktəb distant təhsilə keçirdi. Həmişə məktəblərin bağlanması-açılması ilə bağlı qərarlar kifayət qədər ağır olur, razı və narazı qalanlar olur. Məqsədimiz vətəndaş məmnuniyyəti ilə yanaşı şagirdlərin öyrənməsini təmin etmək, eyni zamanda sağlamlıqdır”.

 

Günay Elşadqızı

Digər xəbərlər