Nazir: "DSMF-nin büdcəsi hesablanarkən əsasən şəhid və qazi ailələrinin sosial müdafiəsi nəzərə alınıb"

Nazir: "DSMF-nin büdcəsi hesablanarkən əsasən şəhid və qazi ailələrinin sosial müdafiəsi nəzərə alınıb"
  • Clock-gray 11:34
  • calendar-gray 29 Dekabr 2020

“DSMF-nin büdcəsi hesablanarkən əsasən şəhid və qazi ailələrinin sosial müdafiəsi nəzərə alınıb. Bu məsələ Prezidentin daim diqqətindədir. Bu istiqamətdə silsilə addımlar atılır. Bu il də Prezidentin təşəbbüdü ilə təqdim edilmiş islahatlar paketində bu insanlarla bağlı məsələlər xüsusi nəzərdə tutulub”. 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və Əhalinin sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 

Nazir bildirib ki, cari il ərzində artıq 1400 fərdi ev və 300-dən artıq avtomobil şəhid və qazi ailələrinə təqdim edilib: “Növbəti dövrlərdə də bu proses davam edəcək. Əlavə olaraq həm mətbuatda, həm də nazirliyin saytında şəhid, qazi ailələrinin, müharibə iştirakçılarının hüquqları ilə bağlı ətraflı məlumat yerləşdirilib.

 

Firuzə Vahid

Digər xəbərlər