Nazir: "Gələn ilin sonuna kimi 132 xidmətdən 90-ı tam elektronlaşdırılacaq"

Nazir: "Gələn ilin sonuna kimi 132 xidmətdən 90-ı tam elektronlaşdırılacaq"
# 07 avqust 2020 11:48 (UTC +04:00)

"Növbəti ilin sonuna kimi 132 xidmətdən 90-ı tam elektronlaşdırılacaq".

APA-nın məlumatına görə, bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, ilin sonuna kimi Binəqədi və Nərimanov rayonunu əhatə edəcək Dost Mərkəzinin tikintisi yekunlaşacaq.

S.Babayev əlavə edib ki, bu il ərzində həmçinin 8 reabilitasiya mərkəzi açılacaq. Onun sözlərinə görə, DOST mərkəzlərindən istifadə edən vətəndaşların məmnunluq səviyyəsi 96 faizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR