Nazir: “Sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, ödəmənin yaşayış minimumu həcmində verilməsi məsələsinə baxılacaq”

Nazir: “Sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, ödəmənin yaşayış minimumu həcmində verilməsi məsələsinə baxılacaq”
  • Clock-gray 11:46
  • calendar-gray 29 Dekabr 2020

“Əhaliyə pandemiya ilə əlaqədar birdəfəlik ödəmə 2020-ci ildə yaşayış minimumu həcmində verilirdi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əgər sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, bu məsələyə, verilən ödəmənin yenə də yaşayış minimumu həcmində olmasına hökumətdə baxılacaq. O, birdəfəlik ödəmələrin verilməsinin elektron qaydada həyata keçirildiyini qeyd edib.

Qeyd edək ki, deputat Fazil Mustafa birdəfəlik ödəmələrin 196 manat olmasını təklif etmiş, yardımların verilməsi ilə bağlı da şikayətlərin çoxluğunu bildirmiş, nəzarət mexanizminin gücləndirilməsinin vacibliyini vurğulamışdı.

Əlavə edək ki, gələn il üçün yaşayış minimumu 196 manat məbləğində müəyyənləşib.

Pandemiya ilə əlaqədar 2020-ci ildə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə edilib.

Firuzə Vahid

Digər xəbərlər