Nazir: "Teledərslərə 12 milyondan artıq baxış olub"

Nazir: "Teledərslərə 12 milyondan artıq baxış olub"
# 22 yanvar 2021 12:34 (UTC +04:00)

"Hazırda 1 milyon 400 mindən çox şagird təhsil platformasında qeydiyyatdan keçib".

APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir bildirib ki, on minlərlə şagird bəlkə də keyfiyyətli təhsillə təmin edilə bilmir. Onun sözlərinə görə, teledərslər vasitəsilə heç olmasa, minimum təhsil vermək mümkün olur.

“Ötən ilin sentyabrdan bu ilin yanvar ayına qədər 3130 teledərs təqdim edilib, 12 milyondan artıq baxış olub“, - deyə E.Əmrullayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR