Nazirin müşaviri: "Distant təhsilin keçirilməsinə nəzarət məktəb rəhbərliyinin üzərindədir"

Nazirin müşaviri: "Distant təhsilin keçirilməsinə nəzarət məktəb rəhbərliyinin üzərindədir"
  • Clock-gray 16:48
  • calendar-gray 11 Sentyabr 2020

"Şagirdlər məktəbə bir girişdən girməyəcək, bütün girişlər açılacaq". 

APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib. 

O deyib ki, məktəblərin həyətində şagirdlərin dayanması üçün yerdə işarələr qoyulacaq: "Bütün şagirdlər hərarəti yoxlanmaqla içəri buraxılacaq".

R. Ağayev qeyd edib ki, distant təhsilin keçirilməsinə nəzarət məktəb rəhbərliyinin üzərindədir: "Metodiki göstərişlərdə məktəb rəhbərləri üçün meyarlar var ki, nəyə əsasən müəllimlərin keçdiyi distant təhsili dəyərləndiriləcək".

Günay Elşadqızı

Digər xəbərlər