Nazirlik: 700-dən çox şəhid və yaralanmış hərbçi ailəsi, müharibə iştirakçısı özünüməşğulluq proqramına cəlb edilib

Nazirlik: 700-dən çox şəhid və yaralanmış hərbçi ailəsi, müharibə iştirakçısı özünüməşğulluq proqramına cəlb edilib
  • Clock-gray 12:44
  • calendar-gray 15 Dekabr 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsi şəhidlərinin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən 700-dən çoxu şəxsi növbədənkənar özünüməşğulluq proqramına cəlb edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, onlardan 450-sini şəhidlərin, 180-ni yaralanmış hərbçilərin ailə üzvləri, 35-ni müharibə iştirakçıları və b. təşkil edir.

Proqrama cəlb edilən şəxslərdən artıq 330 nəfərinə mal və materiallar, avadanlıqlar formasında aktivlər verilməklə, kiçik ailə müəssisələri yaradılıb. Qalanlarının da aktivlərlə təminatı, habelə bu kateqoriyadan olan vətəndaşların proqrama cəlb edilməsi işləri davam edir.

Həmçinin erməni terroru nəticəsində evləri dağılmış 25 şəxs üçün də son günlərdə özünüməşğulluq proqramı çərçivəsində kiçik müəssisələr yaradılıb.

Eyni zamanda, Agentlik Vətən müharibəsi şəhidlərinin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən şəxslərdən 100 nəfərini istəklərinə uyğun olaraq haqqı ödənilən ictimai işlərə cəlb edib.

Günay Elşadqızı

Digər xəbərlər