Nazirlik: Koronavirusa təkrar yoluxma olduğu təsdiqlənməyib

Nazirlik: Koronavirusa təkrar yoluxma olduğu təsdiqlənməyib
# 20 iyul 2020 17:27 (UTC +04:00)

“Koronavirusa təkrar yoluxmaya dair təsdiqlənmiş hal yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Apparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov deyib ki, koronavirusa təkrar yoluxma ilə bağlı rəsmi statistika yoxdur: “Dünyada da belə məlumatlar laborator səhvlər nəticəsində meydana çıxır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR