Nazirlik: Kütləvi tədbirlər qadağan olunduğundan Bilik günü də keçirilməyəcək

Nazirlik: Kütləvi tədbirlər qadağan olunduğundan Bilik günü də keçirilməyəcək
  • Clock-gray 16:26
  • calendar-gray 11 Sentyabr 2020

"Kütləvi tədbirlər qadağan olunduğundan Bilik günü də keçirilməyəcək". 

APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin “Karantin rejimi” dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. 

Onun sözlərinə görə, sinif otağına daxil olandan sonra hər bir sinifdə müəllimlər Bilik gününə aid çıxışlar edəcək: "Amma əsas məsələ odur ki, balacalarla gigiyena qaydalarına necə əməl etmək barədə söhbət olacaq".

Günay Elşadqızı

Digər xəbərlər