Nazirlik: Ötən il qanunsuz balıq ovuna görə 248 akt tərtib olunub

Nazirlik: Ötən il qanunsuz balıq ovuna görə 248 akt tərtib olunub
# 13 aprel 2021 16:14 (UTC +04:00)

“Ötən il ərzində balıq və subbioresurslarının qanunsuz ovu nəticəsində 248 akt, 108 ədəd inzibati xəta haqqında protokol tərtib olunub”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov deyib.

Onun sözlərinə görə, ümumilikdə 78 430 manat inzibati qaydada cərimə tətbiq olunub: “36 532 manat miqdarında isə iddia qaldırılıb. Bununa yanaşı reydlər zamanı Xəzər dənizində, Azərbaycanın daxili su hövzələrində 29 qayıq, 6 lövbər, 4950 ituclu qarmaq, 62 metr uzunluğunda 800-dən çox sintetik tor, 115 venter, 108 səbət, 7 elektrik cərəyanı aparatı aşkar edilərək maddi sübut kimi götürülüb”.

O qeyd eidb ki, təkcə Xəzər dənizində 44 nəfər saxlanılıb: “Ümumilikdə həmin ərazidə 39 nəfərə 43 050 manat cərimə tətbiq edilib. 21 min manatdan çox iddia qaldırılıb. Təkcə nəzarət tərbirləri zamanı 32 8 829 metr uzunluğunda 342 sintetik tor götürülüb”.

B. Məhəmmədov qeyd edib ki, Kür çayı üzrə araşdırmalar zamanı isə 6 nəfər saxlanılıb: “Ümumilikdə 5 600 manat cərimə tətbiq olunub. Bir iş üzrə hüquq mühafizə orqanlarına sənədlər təqdim edilib. Nəzarət tədbirləri zamanı 2 qayıq 38 itiuclu qarmaq, 3014 metr uzunluğunda 99 sinettik tor, 14 vernter və digər ov alətləri, 1 elektrik cərəyanı aparatı maddi sübut kimi götürülüb”.

O, Araz çayı hövzəsindəki göstəriciləri də açıqlayıb: “Bu hövzədə 7 nəfər saxlanılıb, ümumilikdə 4900 manat cərimə tətbiq olunub və 275 manat isə iddia qaldırılıb. 1 qayıq, 25 sintetik tor, 2 elektrik cərəyanı aparatı, 15 qarov maddi sübut kimi götürülüb. Mingəçevir su anbarında 18 nəfər saxlanılıb, ümumilikdə 4400 manat cərimə təbiq olunub, 527 manat iddia qaldırılıb. Nəzarət tərbirləri zamanı 6 qayıq, 154 sintetik tor aşkar edilərək sübut kii götürülüb. Digər qapalı su hövzələrində də xeyli miqdarda sintetik torlar aşkar edilib, qnaunu pozan şəxslər cəzalandırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR