Nazirlik: Publik hüquqi şəxslərin formalaşması məqsədilə iki ay müddətində zəruri tədbirlər görüləcək

Nazirlik: Publik hüquqi şəxslərin formalaşması məqsədilə iki ay müddətində zəruri tədbirlər görüləcək
# 03 iyul 2020 17:03 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir.

Nazirlikdən APA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanına əsasən dövlət sosial xidmət, reabilitasiya müəssisələri və peşə hazırlığı mərkəzləri əsasında da publik hüquqi şəxslər yaradılacaq.

Fərmanda verilən tapşırığa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələri əsasında Sosial Xidmətlər Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslərin yaradılması təmin olunacaq. Həmçinin Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə aid peşə hazırlığı mərkəzləri əsasında Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aid reabilitasiya müəssisələri əsasında isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslər formalaşacaq.

Bu məqsədlə Nazirlik iki ay müddətində zəruri tədbirlər görülməsini təmin edəcək.

Qeyd edilən müəssisələrin publik hüquqi şəxslərə çevrilməsi onların fəaliyyətinin inkişafına və fuksiyalarının genişlənməinə, nəticə etibarilə əhaliyə göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR