Nazirlik: Vətən Müharibəsində şəhid olmuş şəxslərin cəzaçəkmə müəssisələrində olan valideynlərinin dəqiq uçotu hazırlanıb

Nazirlik: Vətən Müharibəsində şəhid olmuş şəxslərin cəzaçəkmə müəssisələrində olan valideynlərinin dəqiq uçotu hazırlanıb
  • Clock-gray 12:07
  • calendar-gray 25 Yanvar 2021

"Vətən Müharibəsində şəhid olmuş şəxslərin cəzaçəkmə müəssisələrində olan valideynləri, yaxın qohumlarının dəqiq uçotu hazırlanıb". 

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov bildirib.

Onun sözlərinə görə, təkcə cəzaçəkmə müəssisələrinin əməkdaşları tərəfindən yox, məhkum yoldaşları tərəfindən də onlara xüsusi qayğı göstərilib:

“Onların sayı çox olmasa da, təxminən 30-dan yuxarıdır. Onların bir hissəsi, hansı ki, qanun yol verirdi, şərti azadlığa buraxılıb, bir hissəsinin həbs qəti-imkan tədbirləri dəyişdirilərək azadlığa buraxılıb. Eyni zamanda, qanunun imkan verdiyi 1 şəhid ailəsi oğlunun dəfnində iştirak etmək üçün qanunamüvafiq olaraq qısa müddətli səfərə buraxılıb. Hazırda bu sahədə işlər davam etdirilir".

M. Ələkbərov deyib ki, onların hamısı xüsusi diqqətdə saxlanılır: "Onların həm cəza çəkmələri, həm də qanun imkan verdikdə müddət çatdıqca vaxtından əvvəl şərti azadlığa buraxılması, yaxud da məntəqə tipli cəzaçəkəkmə müəssisəsinə keçirilməsi üçün sənədlərin hazırlanıb məhkəmələrə təqdim olunması təmin olunacaq”.

Günay Elşadqızı

Digər xəbərlər