Nazirliklə AHK-Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub

Nazirliklə AHK-Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub
# 22 aprel 2021 18:58 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) nümayəndə heyəti ilə onlayn formatda görüş olub.

Nazirlikdən APA-ya verilən məlymata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev dövlət məşğulluq xidmətləri sahəsində aparılan islahatlar, innovativ yeniliklər barədə məlumat verib. İslahatlar prosesində işəgötürənlərlə, habelə AHK-Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.

Nazir müavini işçilərin sosial sığorta sistemində iştirak səviyyəsinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması, aktiv əmək bazarı proqramlarının icrası sahələrində əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. A.Əliyev peşə hazırlığı sahəsində də Dövlət Məşğulluq Agentliyi ilə AHK-Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin yaradılması, bu istiqamətdə birgə tədbirlərin görülməsi ilə bağlı müzakirələrin davam etdirildiyini bildirib.

Palatanın İdarə Heyətinin sədri Fərid İsayev və icraçı direktorun müavini Nigar Bayramlı və b. çıxışları dinlənilib.

Görüş məşğulluq sahəsində, xüsusilə aktiv məşğulluq tədbirləri, eləcə də peşə hazırlığı (dual peşə hazırlığı) istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR