Nazirlər Kabineti ötən ilin dekabr ayında aqrar sahəyə dair qəbul etdiyi qərarlar və onların təsirinə aydınlıq gətirib

Nazirlər Kabineti ötən ilin dekabr ayında aqrar sahəyə dair qəbul etdiyi qərarlar və onların təsirinə aydınlıq gətirib
# 14 yanvar 2020 19:27 (UTC +04:00)

Nazirlər Kabineti 2109-cu ilin dekabr ayında aqrar sahəyə dair qəbul etdiyi qərarlar və onların təsirinə aydınlıq gətirib.

APA-nın Nazirlər Kabinetinin 2019-cu ilin dekabr ayına həsr edilmiş informasiya bülleteninə istinadən verdiyi məlumata görə, dekabr ayında Nazirlər Kabinetinin qərarlarının sırasında kənd təsərrüfatı sahəsində məhsul istehsalının artırılması, investisiya mühitinin yaxşılaşdırılması üçün risklərin azaldılması məqsədilə qəbul edilmiş sənədlərin üstünlük təşkil etməsi diqqəti cəlb edir.

Beləki, daxili bazarın qorunmasını nəzərdə tutan gömrük rüsumlarının vaxtı uzadıldı ki, bu da yerli istehsalçının himayə edilməsinə, uzunmüddətli sərmayələrin yatırılmasına xidmət edir. Quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz - pomidor, soğan, fındıq, alma, təzə üzüm və xurma idxalına tətbiq edilən spesifik rüsumların vaxtının 2021-ci ilədək uzaqdılması bu sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır. Əlverişli rüsum rejiminin vaxtının uzadılmasının ardınca isə məhsulların sığortalanması sahəsində növbəti addım atıldı. Aqrar sığorta predmetinin tərkibi haqda Qərar ilk mərhələdə hansı məhsulların sığortalanacağı məsələsinə aydınlıq gətirib və ən zəruri məhsulların dövlətin dəstəyi ilə sığortalanması üçün hüquqi baza yaradıb. Başqa bir Qərar isə aqrar sahədə sığorta hadisələrinin siyahısını müəyyənləşdirir. Bu ölkə fermerləri üçün riskləri azaldır və vəziyyətə tam aydınlıq gətirir.

Daha bir Qərar isə kənd təsərrüfatı sahəsində çalışanlara subsidiyaların verilməsi mexanizmlərinin təkmilləşdirilməsinə və prosedurun sadələşdirilməsinə xidmət edir.

Qeyd edək ki, Nazirlər Kabineti 2019-cu ilin noyabr ayından başlayaraq aylıq informasiya bülletenlərinin hazırlanmasına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR