Niyazi Bayramov Prezident təqaüdünə layiq görülən tələbəni təbrik edib

Niyazi Bayramov Prezident təqaüdünə layiq görülən tələbəni təbrik edib
  • Clock-gray 11:53
  • calendar-gray 12 Noyabr 2020

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident təqaüdünə layiq görülmüş, Gəncə şəhər 31 nömrəli tam orta məktəbin məzunu Quliyev Əli Həsən oğlunu qəbul edib.   

APA-nın məlumatına görə, şəhər rəhbəri 683 balla Azərbaycan Tibb Universitetinin “Müalicə və profilaktika işi” fakültəsinə qəbul olan Əli Quliyevi 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü və əldə etdiyi uğurlu nəticələrə görə təbrik edib. Həyatını nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunmasına həsr etdiyi üçün onu təqdir etdiyini bildirən Niyazi Bayramov, Əli Quliyevə gələcək həyatında uğurlar arzu edib.  

COVİD-19 pandemiyası ilə əlaqədar dərslərin onlayn qaydada keçirildiyi nəzərə alınaraq, Əli Həsən oğlu Quliyevin tədris prosesində maneəsiz iştirakını təmin etmək üçün ona komputer hədiyyə edilib.  

Məlumat üçün bildirək ki, Quliyev Əli Həsən oğlu Gəncə şəhər 31 nömrəli tam orta məktəbi “Xüsusi nümunəvi attestat” və “Qızıl medall”a bitirib. O, 2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülüb.

Fuad Nazimoğlu

Digər xəbərlər