Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün imtahan keçiriləcək

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün imtahan keçiriləcək
# 03 aprel 2021 14:02 (UTC +04:00)

Bir sıra şəhər və rayonlarda notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan edilmiş müsabiqədə iştirak edəcək namizədlərlə test imtahanı keçiriləcək.

Ədliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, imtahan Dövlət İmtahan Mərkəzi ilə birlikdə müasir texnologiyalar tətbiq olunmaqla, kompüter vasitəsilə aprel ayının 13-də saat 11:00-da Mərkəzin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçiriləcək.

Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə keçiriləcək imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

İmtahının keçirilməsi qaydalarına uyğun olaraq test imtahanının yekunlarına görə 55 və daha çox bal toplamış şəxslər ikinci mərhələyə-müsahibəyə buraxılacaqlar.

Əlavə məlumatları nazirliyin internet səhifəsindən, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR