Noyabrın 11-dən "e-telebe" portalı ilə müraciətlərin qəbulu dayandırılacaq

Noyabrın 11-dən "e-telebe" portalı ilə müraciətlərin qəbulu dayandırılacaq
# 02 noyabr 2020 15:34 (UTC +04:00)

Noyabrın 11-dən Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq. Müraciətlər üçün son tarix 10 noyabr 2020-ci il nəzərdə tutulur.

Nazirlikdən APA-ya verilən məlumata görə, tələbələrin qeyd edilən tarixədək e-telebe.edu.az elektron portalına müraciətlərini yekunlaşdırması, natamam müraciətləri tamamlayaraq təsdiq etməsi xahiş olunur. Təhsil müəssisələri tələbələrin bu barədə təkrar məlumatlandırılmasını təmin etməli, müraciətlərə müəyyən edilmiş qaydada baxmalı, hüququ yaranan tələbələr üzrə müraciətləri təsdiq etməlidir.

Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən e-telebe.edu.az/account/login elektron portalı vasitəsilə cari tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR