Ombudsmanın nümayəndələri Şəki Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib

Ombudsmanın nümayəndələri Şəki Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib
  • Clock-gray 17:18
  • calendar-gray 03 Dekabr 2020

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Şəki rayon Psixiatriya Xəstəxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından APA-ya bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakultativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilən başçəkmədə məqsəd yeni növ Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə həmin müəssisədə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma səviyyəsi, tibbi-sosial xidmətlərə çıxış imkanları, pasiyentlərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, yeməkxanalarına, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. 

Başçəkmə zamanı koronavirus pandemiyası ilə əlaqədar sanitar-gigiyenik qaydalara diqqət yetirildiyi, əməkdaşların tibbi maskalarla təmin edildiyi, mütəmadi olaraq dezinfeksiya tədbirlərinin davam etdirildiyi məlum olub.

Yekunda saxlanma şəraiti və rəftarla bağlı milli və beynəlxalq qanunvericiliyin tələbləri müəssisə rəhbərliyi və əməkdaşların diqqətinə çatdırılıb, xüsusi karantin rejimi qaydalarına əməl olunmasınının zəruriliyi qeyd olunub.

Əsmər Qabil

Digər xəbərlər