Operativ Qərargah küçələrdə insanların hərarətinin ölçülməsi təklifinə münasibət bildirib

Operativ Qərargah küçələrdə insanların hərarətinin ölçülməsi təklifinə münasibət bildirib
# 20 iyul 2020 18:29 (UTC +04:00)

“Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələr əsasında müvafiq protokollar hazırlanıb, yalnız o protokollara uyğun olaraq dərmanlar alınıb gətirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, həmin dərmanlar xəstəxanalara verilir.

O, küçələrdə insanların hərarətinin aparatlarla ölçülməsi təklifinə də münasibət bildirib: “Yalnız hərarət ölçməklə koronavirusu müəyyənləşdirmək də mümkün deyil”.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə küçələrdə və nəqliyyat vasitələrində polis əməkdaşları tərəfindən insanların hərarətinin ölçülməsinin tıxaclara səbəb ola biləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR