2026-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 888 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur.
Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 682 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.2% artıb. Həmin dövrdən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil edib.
Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 3.8% artıb, POS-terminalların sayı 7% azalıb.