Ötən il Azərbaycanda 8 erkən nikah faktı aşkarlanıb

Ötən il Azərbaycanda 8 erkən nikah faktı aşkarlanıb
  • Clock-gray 17:59
  • calendar-gray 02 Fevral 2021

Ötən il Azərbaycanda 8 erkən nikah, 4 yaxın qohumlar arasında nikah faktı aşkar edilib.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası üçün göstərilən orqanlar (qurumlar) tərəfindən 2020-ci ilin  iyul-dekabr ayları ərzində görülmüş işlər barədə daxil olan məlumatlara əsasən hazırlanan cədvəldə əksini tapıb.

2020-ci il ərzində Astara rayon ərazisində 1 erkən nikah halı qeydə alınıb, bununla bağlı lazimi tədbirlər görülüb.

Həmçinin Qax rayon İcra Hakimiyyəti ilə Rayon Qeydiyyat şöbəsi müvafiq sahədə müəyyən işlər görülüb. Belə ki, ailənin və nikahın əhəmiyyəti, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri, bu nikahların gənclərin həyat və sağlamlığına, ailə münasibətlərinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri ilə bağlı rayon üzrə erkən nikahda yaşayan yetkinlik yaşına çatmayanlar və onların valideynləri ilə ayrı-ayrı vaxtlarda Qeydiyyat şöbəsinin inzibati binasında və onlayn qaydada 6 maarifləndirmə tədbiri həyata keçirilib. Rayon üzrə erkən yaşda nikah münasibətlərində olan 6 ailə aşkar olunub. Həmin ailələrlə müvafiq iş aparılıb.

Bildirilib ki, Saatlı rayonunda 2020-ci ərzində 1 erkən nikaha daxil olma faktı müəyyən edilib.

Cədvələ əsasən, Yardımlıda 2020-ci ildə qeydə alınan 218 nikahdan dördü yaxın qohumlar arasında bağlanıb.

Əsmər Qabil

Digər xəbərlər