Ötən il Bakıda təcili yardıma müraciətlərin sayı açıqlanıb

Ötən il Bakıda təcili yardıma müraciətlərin sayı açıqlanıb
# 14 yanvar 2021 11:52 (UTC +04:00)

“2020-ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 702 min 426 ümumi müraciət daxil olub”.

APA-nın məlumatına görə, bunu BŞT və TTYS-nin Baş həkiminin müavini İradə Əliyeva deyib. O bildirib ki, bunlardan 77 min halda hospitalizasiya icra edilib. Uşaqlar üçün edilən çağırışların sayı 53 min 800, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 9 mindən artıq olub.

“Keçən illə müqayisədə ümumi müraciətlərin və uşaq çağırışlarının sayında azalma qeyd edilsə də, hospitalizasiyada nəzərə çarpan artım var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR