Ötən il e-sosial.az portalına iş yerinə dair arayış əldə edilməsi üçün 385880 müraciət qeydə alınıb

Ötən il e-sosial.az portalına iş yerinə dair arayış əldə edilməsi üçün 385880 müraciət qeydə alınıb
# 05 yanvar 2021 14:25 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı aktiv əmək müqaviləsi bildirişi olan hər kəsə işəgötürənə müraciət etmədən iş yerinə dair arayışı əldə etmək imkanı da yaradır.

Nazirlikdən APA-ya verilən məlumata görə, prosedur çox sadədir. İlk növbədə e-sosial.az portalına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra e-xidmətlər pəncərəsindən “İş yerinə dair arayış” bölməsi seçilir və lazım olan məlumatlar sistemə daxil edilir. İstənilən vaxt və daha asan, sürətli və rahat şəkildə həmin arayışı əldə etmək mümkün olur.

Ötən il e-sosial.az portalına iş yerinə dair arayış əldə edilməsi üçün 385880 müraciət qeydə alınıb. Nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətləri özündə cəmləşdirən e-sosial.az portalında həmçinin 30 e-arayış xidməti də əhalinin istifadəsindədir.

“İş yerinə dair arayış” ilə bağlı ətraflı məlumat almaq üçün Nazirlik tərəfindən hazırlanan video çarxı təqdim edirik:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR