Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2020-ci ilin mart-dekabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin aprel-dekabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 385.000 manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, 138.500 manat məbləğində mükafat ödənilib.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Aylar
|
Dövlət tibb müəssisələri üzrə
|
Özəl tibb müəssisələri üzrə
|
Könüllülər üzrə
|
Cəmi
|
Tibb işçiləri
|
Qeyri-tibb işçiləri
|
Mart
|
9.7 milyon manat
(21 010 nəfərə)
|
1.9 milyon manat
(3378 nəfərə)
|
-
|
-
|
11.7 milyon manat
|
Aprel
|
11.5 milyon manat
(10 300 nəfərə)
|
2.5 milyon manat
(2868 nəfərə)
|
82.216 manat
(49 nəfərə)
|
7000 manat
(28 nəfərə)
|
14.1 milyon manat
|
May
|
11.7 milyon manat (8903 nəfərə)
|
2.4 milyon manat
(2658 nəfərə)
|
105.011 manat
(43 nəfərə)
|
8500 manat
(34 nəfərə)
|
14.3 milyon manat
|
İyun
|
15.5 milyon manat (11710 nəfərə)
|
2.6 milyon manat
(3074 nəfərə)
|
89.782 manat
(42 nəfərə)
|
7750 manat
(31 nəfərə)
|
18.2 milyon manat
|
İyul
|
17.3 milyon manat (12756 nəfərə)
|
2.6 milyon manat
(3049 nəfərə)
|
44.242 manat
(24 nəfərə)
|
14.500 manat
(58 nəfərə)
|
20 milyon manat
|
Avqust
|
15 milyon manat (11424 nəfərə)
|
2.2 milyon manat
(2667 nəfərə)
|
18.992 manat
(9 nəfərə)
|
16.500 manat
(66 nəfərə)
|
17.2 milyon manat
|
Sentyabr
|
12 milyon manat (9460 nəfərə)
|
1.8 milyon manat
(2514 nəfərə)
|
23.700 manat
(13 nəfərə)
|
23.750 manat
(95 nəfərə)
|
13.8 milyon manat
|
Oktyabr
|
11.6 milyon manat (9405 nəfərə)
|
1.9 milyon manat (2369 nəfərə)
|
5.603 manat
(2 nəfərə)
|
9.500 manat
(38 nəfərə)
|
13.5 milyon manat
|
Noyabr
|
17.7 milyon manat (13 641nəfərə)
|
2.3 milyon manat (3114 nəfərə)
|
6.340 manat
(3 nəfərə)
|
22.000 manat
(88 nəfərə)
|
20 milyon manat
|
Dekabr
|
23.6 milyon manat
(15 929 nəfərə)
|
2.8 milyon manat
(3323 nəfərə)
|
9.172 manat
(4 nəfərə)
|
29.000 manat
(116 nəfərə)
|
26.4 milyon manat
|
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2021-ci il tarixli 2 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarınam müddətli əlavələrin ödənilməsi 2021-ci il martın 31-dək uzadılıb.