Ötən il miqrasiya prosesləri ilə bağlı 46 normativ hüquqi akta dəyişiklik edilib

Ötən il miqrasiya prosesləri ilə bağlı 46 normativ hüquqi akta dəyişiklik edilib
# 14 yanvar 2021 11:09 (UTC +04:00)

“Ötən il miqrasiya prosesləri ilə bağlı 46 normativ hüquqi akta dəyişiklik edilib. Miqrasiya Məcəlləsinə edilən dəyişikliklə ölkədə müvəqqəti yaşama icazəsi almaq üçün əvvəl ali təhsil və orta məktəb təhsili əhatə olunurdusa, artıq ixtisaslaşmış təhsil də bu sıraya daxil edilib. Həmçinin dəyişikliyə görə, müvəqqəti olma müddətlərinin uzadılması, vətəndaşlığa qəbul və çıxma xidmətləri artıq bütün ASAN xidmət mərkəzlərində göstərilməyə başlayıb”.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, dəyişiklikdən əvvəl bu müraciətlər ancaq DMX qəbul şöbələri və regional idarələrində qəbul olunurdu: “Ötən il qanunvericiliyə əsas dəyişikliklərdən biri də xarici ölkə vətəndaşlığını qəbul edən şəxslərlə bağlıdır. Əvvəl Azərbaycan vətəndaşı olan şəxs 1 ay müddətində xəbər vermədikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdu, dəyişiklikdən sonra cinayət məsuliyyəti aradan qaldırılıb. Hazırda 43 dövlətlə müxtəlif sazişlərin hazırlanması üzərində iş gedir. Ötən il Türkmənistan və Azərbaycan arasında miqrasiya prosesləri ilə bağlı saziş imzalanıb. Türkiyə ilə vizanın götürülməsinə dair saziş əsasında 13 avqustdan Türkiyə vətəndaşları vizasız 90 gün müddətinə ölkədə qala bilər. Eyni zamanda hazırda sərt karantin rejimində olduğumuz üçün kənarda olan şəxslərin müraciəti məhdudlaşdırılıb. Daimi yaşayış üçün imtahanlar ötən il müəyyən müddətə dayandırılırdı. Hazırda bu imtahanlar keçirilmir, əcnəbilərə Azərbaycan dili kursları da müəyyən müddətdə onlayn qaydada keçirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR