Övladlığa uşaq götürmək istəyənlər məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır

Övladlığa uşaq götürmək istəyənlər məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır
  • Clock-gray 19:25
  • calendar-gray 27 Fevral 2020

Uşağı yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürdükdə, Ailə Məcəlləsinin 118.1.1-ci və 118.3.1-ci maddələrinin tələbləri həmin şəxslərə də şamil edilir.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında yer alıb.

Eyni zamanda, qeyd edilib ki, uşağı ögey ata, ögey ana övladlığa götürdükdə (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) Ailə Məcəlləsinin 118.3-cü maddəsinin tələbləri onlara şamil olunmur.

Ər-arvaddan birinin əcnəbi olduğu nikahda olan şəxs (yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları istisna olmaqla) tərəfindən övladlığagötürmə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığagötürməyə bərabər tutulur.

Valideyn-namizəd məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır. Bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumat təqdim etmiş valideyn-namizədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir il müddətində övladlığagötürmənin Ailə Məcəlləsinin 118.1.2-ci maddəsində nəzərdə tutulan mərhələsindən kənarlaşdırır.

Nazirlik övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsində valideyn-namizədlə bağlı altsistemdə daxil edilmiş məlumatların monitorinqini aparmaq hüququna malikdir.

Nazirliyin uşağı övladlığa götürən şəxslərə övladlığa götürülən 4-6 yaşlı uşağa psixoloqun və Nazirliyin nümayəndəsinin iştirakı ilə onun övladlığa götürüldüyü barədə məlumat verməsini tövsiyə etmək hüququ var.

Övladlığa götürülmüş uşaq 10 yaşına çatdıqda, həmin uşağın arzusu ilə Nazirlik onun övladlığa götürülməsi ilə bağlı məlumatları ona təqdim edir.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date