Övladlıq götürən ər-arvaddan birinin muzdlu işdən vergi tutulan aylıq gəliri 200 manat azaldılacaq

Övladlıq götürən ər-arvaddan birinin muzdlu işdən vergi tutulan aylıq gəliri 200 manat azaldılacaq
  • Clock-gray 12:14
  • calendar-gray 09 Sentyabr 2020

Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Beləliklə, layihəyə əsasən, bu şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri bu məbləğ 100 manat deyil, 200 manat məbləğində azaldılacaq.

Eyni zamanda bu sıraya ilk dəfə övladlığa götürən şəxslər daxil edilir. Qanun Milli Məclisdə qəbul ediləcəyi halda övladlığa götürən şəxslərdən birinin (özlərinin istəyi ilə) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılacaq.

Ramiz Mikayıloğlu

Digər xəbərlər