Paytaxtda 166 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır

Paytaxtda 166 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır
# 28 dekabr 2020 10:34 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

İdarədən APA-ya verilən məlumata görə, məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR