Prezident Administrasiyasına haqqında daha çox şikayətlər ünvanlanan tikinti şirkətləri məlum olub

Prezident Administrasiyasına haqqında daha çox şikayətlər ünvanlanan  tikinti şirkətləri  məlum olub
# 19 fevral 2020 00:29 (UTC +04:00)

“Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar yaşayış komplekslərinin idarə edilməsində illərdən bəri mövcud olan problemlər və mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi ilə bağlı şikayətlər azalsa da, vətəndaşlar ötən il də Prezident Administrasiyasına tikinti şirkətlərinin fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlər göndəriblər”.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində əksini tapıb.

Məqalədə qeyd edilib ki, 2019-cu il ərzində 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, tikinti işlərinin vaxtında yekunlaşdırılmamasından, bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satmasından, kompensasiya verilmədən söküntü işlərinə başlanılmasından və ya kompensasiyaların az olmasından, təsdiq edilmiş layihədən kənara çıxılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən, yaşayış komplekslərinin idarə edilməsindəki bəzi çatışmazlıqlardan, aldıqları mənzillərin başqalarına satılmasından şikayət ediblər: “Bunlardan “Birlik-İnşaat”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Araz-2011A”, “Pearl Construction”, “Fədək”, “MVVL Verus Praedium”, “NV Construction”, “Malibo”, “Draft Construction”, “Pilot-1”, “RÜR”, “Avro Qrand”, “Abşeron LTD2013”, “Pilot İnşaat A”, “Qafqaz-A”, “İlkin N”, “Qaya Qala”, ”Rifah Plaza”, “RNQ Qroup”, “Poleks”, “Sweet House”, “Memar Group”, “Hayan-E”, “Dərəçiçək”, “Narm”, “Karat”, “Xəzər İnşaat”, “Hermes-S”, “Servis”, “Mahal”, “Yeni Yasamal”, “Yüksəliş-C”, “Avanqard İnşaat”, “FF”-2011, “Abidə”, “Gözəl Bakı”, “Star-M” “Müasir Arena”, “Home Paş Prestij”, “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Olimp”, “Şakir”, “AAAF Park”, “İnvest-2016”, “Məkan”, “Bulaq-2”, “Xudafərin”, digər MMC və MTK-lar barədə şikayətlər daha çox olub. İnanırıq ki, Azərbaycan Prezidentinin bu sahəyə daim diqqət yetirməsi, qanunvericilikdə edilən dəyişikliklər, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında bu qəbildən olan məsələlərə ciddi yanaşılması bu mövzuda şikayətlərin sayını azaldacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR