Prokurorluq orqanlarına qəbulla bağlı yazılı imtahanın nəticələri açıqlanıb

Prokurorluq orqanlarına qəbulla bağlı yazılı imtahanın nəticələri açıqlanıb
# 03 aprel 2021 13:01 (UTC +04:00)

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi yazılı imtahan mərhələsinə yekun vurulub.

Baş Prokurorluğunun mətbuat xidmətinin APA-ya verilən məlumata görə, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və qəbul otağında yerləşdirilib.

Bildirilib ki, müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 102 namizəd Qaydalara əsasən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə Baş Prokurorluğun inzibati binasında keçiriləcək.

Qeyd olunub ki, namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR